AVTO

03 Fevral

Audi-nin yeni modelləri elektrokar olacaq

Audi markasının rəhbəri Markus Dyusmann növbəti nəsil A4 və A6 modellərinin elektrik güc qurğularına keçəcəyini, ancaq bunun 2030-cu ildən tez baş verməyəcəyini söyləyib.

Audi şirkətinin rəhbəri Markus Dyusmann T3N nəşrinə verdiyi müsahibədə A4 və A6 modellərinin mütləq elektrikləşdiriləcəyini bildirib. Növbəti nəsil A4 və A6 modelləri 2023-cü ildə debüt edəcək və daxili yanma mühərrikləri ilə təchiz ediləcəkdirlər. 2030-cu ildə isə model xəttində yalnız elektrik ötürməsi ilə hərəkət edən versiyalar qalacaqdırlar. Dyuesmann, plug-in hybrid texnologiyasını gələcəyi olmayan köhnəlmiş texnologiya adlandırıb.