AVTO

01 Fevral

Renault Kiger modeli təqdim edilib

Bir neçə ay əvvəl, Renault şirkəti yığcam Kiger krossoverini konsept statusunda nümayiş etdirmişdi. Bu gün isə, istehsalçı krossoverin seriya versiyası təqdim edib.

Gözlənildiyi kimi, parlaq xarici dizayn elementlərinin əksəriyyəti konveyerə qədər gəlib çatmayıblar.

Üstəlik, avtomobilin klirensi 210-dan 203 millimetrə qədər azaldılıb. Lakin yeni model üçün əsas bazar olan Hindistanda əsas meyarlar qənaətcillik, sadə konstruksiya, kuzovun yığcam ölçüləri və aşağı qiymətdır. Xatırladaq ki, Hindistanda dörd metrdən qısa olan avtomobillərə güzəştli aksiz vergisi tətbiq edilir.