AVTO

25 Yanvar

Hyundai yeni modelinin görüntülərini təqdim edib - FOTO

Hyundai şirkəti koreya markasının Avropa çeşidində ən əlçatan krossover olduğunu iddia edilən Bayon modelinin yeni tizerlərini dərc edib.

Hyundai Bayon modelinin satışları bu ilin birinci yarısında başlayacaqdır. Fransanın Bayonn şəhərinin adını daşıyan Bayon modeli, Hyundai şirkətinin Sensuous Sportiness (“Hissiyyatlı idman”) üslubunda dizayna malik olan son modeli olacaqdır. Krossover Kona modelində olduğu kimi işıq texnikasını (yuxarı sıra gündüz hərəkət işıqları, alt hissəsi fənərəlar üçün ayrılmışdır) və geniş radiator barmaqlığını alacaqdır.

Arxa hissədə bir-birindən mümkün qədər uzaqda yerləşdirilmiş və nazik zolaqla birləşdirilmiş “oxşəkilli” fənərlər mövcuddur.