AVTO

22 Yanvar

Beşqapılı Lada yeni top versiyaya sahib olub

Əvvəllər Lada 4x4 kimi tanınan Niva Legend modelinin beşqapılı modifikasiyası yeni top versiyaya sahib olub.

Beşqapılı ofrouder artıq əvvəllər yalnız üçqapılı “Niva” üçün təklif edilən Black versiyasına sahib olub. Yeni versiya artıq Lada veb saytındakı qiymət siyahısında peyda olub və 729.900 rubl (16.800 manat) qiymətləndirilib.

AvtoVAZ şirkəti Black seriyasını keçən ilin oktyabr ayında təqdim edib. Bu seriya üç modeldən ibarət idi - üçqapılı 4x4 ofrouderi, Lada XRay krossoveri, həmçinin Lada Vesta Cross sedanı və universalı. İndi “Black” xəttinə beşqapılı Lada Niva Legend ofrouderi də qoşulub.