Renaulution inkişaf strategiyasını açıqlayan Renault qrupu, Alpine markasını elektromobil istehsalçısına çevirmək niyyətində olduğunu bildirib.
Fransız markasının inkişaf planı iki şəhər elektrokarının və bir idman avtomobilinin buraxılmasını nəzərdə tutur. Sonuncu avtomobilin hazırlamasında Lotus şirkətinin iştirakı da gözlənilir.
Renault şirkəti tərəfindən dərc edilmiş tizerdə, “mənim üçün”, “bizim üçün” və “həftəsonu üçün” kateqoriyalarına aid olan üç fərqli elektrokar nümayiş etdirilir. Birinci modelin 200 kilometrə qədər yürüş ehtiyatı olan yığcam şəhər avtomobilidir. “Bizim üçün” sinifindən olan Alpine modeli krossover olacaqdır. Nəhayət, fransız markasının üçüncü elektromobili Lotus ilə birlikdə hazırlanacaq və cari Alpine A110 modelini əvəz edəcək “yeni nəsil sportkar” olacaqdır.