AVTO

21 Yanvar

Yeni Toyota Land Cruise-in təqdimat tarixi uzanır

Yeni nəsil Toyota Land Cruiser modelinin təqdimat tarixi ilə bağlı mübahisələr davam edir. Son bir il ərzində müxtəlif fərziyyələr səsləndirilib, lakin son vaxtlara qədər ofrouderin 2021-ci ilin aprelində debüt ediləcəyi hesab olunurdu.

Bu gün CarAdvice nəşri qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan modelin avqust ayına qədər təqdim edilməyəcəyini və bu səbəbdən də yeni modeli altı ay daha çox gözləməli olacağımızı bildirir. Bu arada Toyota şirkəti hələ də yeni modelin təqdimatı ilə bağlı şayiələrə münasibət bildirmir.