AVTO

11 Yanvar

Toyota yeni modelinin adını təqdim edib

Bakı, 11 yanvar Fins.az

Toyota şirkəti yeni Grand Highlander adını patentləşdirib. 

Bu barədə məlumatı Amerika Birləşmiş Ştatları Patent və Ticarət Nişanı Bürosunun (USPTO) məlumatlar bazasında dərc olunub. Böyük ehtimalla, söhbət ölçülərinə görə Highlander modelindən daha iri olacaq yeni ofrouderdən gedir.

Yapon markasının model cərgəsində Toyota Highlander modeli aparıcı kuzovu olan ən böyük avtomobildir - onun uzunluğu 4,9 metrə çatır və ölçüləri baxımından yalnız ramalı Sequoia və Land Cruiser modellərindən geri qalır.