AVTO

29 Dekabr

Jeep Wrangler-in qiyməti AÇIQLANDI - FOTO

Bakı 29 dekabr Fins.az

Hibrid güc qurğusu ilə təchiz edilən Jeep Wrangler 4xe modeli, demək olar ki, dörd ay bundan əvvəl debüt etsə də, amerikan markasının ən "yaşıl" ofrouderinin qiyməti yalnız indi məlum olub. 

ABŞ-da hibrid model, 47,995 dollardan başlayan qiymətlə Sahara 4xe və Rubicon 4xe versiyalarında təklif ediləcəkdir. Üstəlik, hibrid ofrouderin alıcısı 7.500 dollar məbləğində federal subsidiya da almaq hüququna malikdir.