AVTO

25 Dekabr

Bentley 90-illik modellərin dəqiq surətini hazırlayıb

Bakı 25 dekabr Fins.az

Bentley Mulliner bölməsi ilk Blower Continuation prototipinin yığılmasını başa çatdırıb.

Car Zero adlandırılan avtomobil, dözümlülük və maksimal sürətlə hərəkət sınaqları üçün nəzərdə tutulmuşdur. Onun ardınca, müştərilər üçün nəzərdə tutulan 12 avtomobil yığılacaqdır. Məlum məsələdir ki, onların hamısı artıq satılıbdır.

Bentley Blower, 4½ Litr modelinin (1927-1931) ötürməli Roots kompressoru təchiz edilmiş versiyasıdır. Bu modelin aktivində böyük idman qələbələri və bir neçə dünya rekordu var. Məsələn, Blower No.1 Monoposto modeli 1932-ci ildə Brooklands trekində 222 km/saata qədər sürətlənib.