AVTO

14 Dekabr

Mitsubishi-nin yeni modelinin görüntüləri yayıldı - FOTO

Bakı 14 dekabr Fins.az

Sosial şəbəkədə yeni nəsil Mitsubishi Outlander modelinin görüntüləri yayılıb. 

Fins.az xəbər verir ki, kamuflyaj örtüyü olmayan krossoverə parkinqlərin birində rast gəlinib. Bu da yeni modeli hərtərəfli nəzərdən keçirməyə imkan verib.

Yeni şəkillər Outlander modelinin növbəti nəslinin 2019-cu ildə nümayiş etdirilmiş Engelberg Tourer konseptinin üslubunda dizayna malik olub.