AVTO

02 Dekabr

Volkswagen Passat modelindən imtina edir?

Bakı, 2 dekabr Fins.az

Volkswagen qrupu, Skoda Superb ilə daxili rəqabəti azaltmaq üçün yeni Passat sedanından imtina etmək qərarına gəlib. 

Fins.az xəvbər verir ki, 2023-cü ildə Passat modelinin 50-illik yubileyi ərəfəsində, əfsanəvi modelin yeni nəslinin təqdim ediləcəyi gözlənilir.

Şayiələrə görə, yeni Passat modeli yalnız Variant indeksini daşıyan universal kuzovu ilə təklif ediləcək.