AVTO

27 Noyabr

Nissan üçüncü nəsil hetçbek modelini təqdim edib - FOTO

Bakı, 27 noyabr Fins.az 

Nissan şirkəti üçüncü nəsil Note hetçbekimi təqdim edib.

Fins.az xəbər verir ki, hetçbek yeni platformaya keçib, daha müasir dizayna və gücü artırılmış E-Power qurğusuna sahib olub.

Yeni Nissan Note modeli, son nəsil Renault Clio, Renault Captur və Nissan Juke  əsasını təşkil edən CMF-B arxitekturasına keçib. Sələfi ilə müqayisədə modelin ölçüsü bir qədər azalıb.