AVTO

25 Noyabr

Kia Sportage “qara” versiyaya sahib olub

 Bakı, 25 noyabr Fins.az

Son zamanlar avtomobil istehsalçıları arasında “qara” modifikasiyaların buraxılması dəb halını alıb. 

Fins.az xəbər verir ki, iş o yerə çatıb ki, büdcə avtomobilləri buraxan AvtoVAZ şirkəti də öz modellərinin “qara” modifikasiyalarını təklif etməyə başlayıb. Əlbəttə ki, Cənubi Koreyanın Kia markası bu axına qoşulub, belə ki, istehsalçı artıq Şimali Amerika bazarında Kia Telluride Nightfall Edition krossoverini öz müştərilərinə təklif edir. Bəs Avropada?