AVTO

25 Noyabr

Mercedes-Maybach GLS daha sərfəli versiyaya sahib olub

Bakı, 25 noyabr Fins.az

İlk Maybach krossoveri bir il əvvəl yeganə modifikasiyada debüt edib.

Fins.az Mercedes-Maybach GLS 600 modeli 558 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir.

Lakin, bu günlərdə dəbdəbəli krossover Mercedes-Maybach GLS 480 adlı daha sadə versiyada təklif edilməyə başlayıb. Yeni modifikasiya, mühərrikin həcminin və gücünün o qədər də böyük əhəmiyyət kəsb etmədiyi Çin bazarında satılacaqdır.