AVTO

17 Noyabr

Azərbaycan nəqliyyat vasitəsi və ehtiyat hissələrinin idxal xərcini artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 197,1 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini idxal edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 208,4 milyon dollar (21,1 %) çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 13,65 %-ni təşkil edib