AVTO

17 Noyabr

Prezident İlham Əliyevin idarə etdiyi avtomobilin GÖRÜNTÜLƏRİ

Bakı, 17 noyabr Fins.az

Prezident İlham Əliyevin dünən idarə etdiyi zirehli avtomobil Azərbaycan və Kanada şirkətlərinin ortaqlığı ilə dünya bazarında təmsil olunur.

Fins.az xəbər verir ki, AZCAN şirkətinin istehsal etdiyi Sentry APC modeli hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlarıdır. Avtomobil zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.

Avtomobil öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir.