AVTO

16 Noyabr

Dünyanın ən güclü 6-təkərli pikapı debüt edib - FOTO

БАКУ, 16 ноября  — Fins Новости

Kaliforniyada yerləşən Rezvani şirkəti Hercules 6x6 adlı üçoxlu pikapı təqdim edib.

Jeep Wrangler modelinin bazasında inşa edilən pikap 6,2-metrlik kuzova və altı təkərə malikdir. 1318 at qüvvəli mühərrik ilə hərəkətə gələn Rezvani Hercules 6x6 dünyanın ən güclü pikapıdır. Hercules 6x6 modeli,

“Renqler” ofrouderinin Rezvani mühəndisləri tərəfindən gücləndirilmiş polad ramasını və kuzov karkasını miras olaraq alıb. Xarici kuzov panelləri kaliforniyalılar tərəfindən sıfırdan hazırlanıb. Pikap amerikan markasının ilk ofrouderi olan Tank modelinin üslubunda dizayna malikdir, bu da, öz növbəsində, onu ordu ofrouderlərinə bənzəməsini təmin edir.