AVTO

23 Oktyabr

Doqquz ayda ölkəyə elektriklə işləyən 3820 nəqliyyat vasitəsi gətirilib

Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 3820 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 3678-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 142-si isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.