AVTO

23 Oktyabr

Yenilənmiş Nissan Navara - FOTO

Casuslar yenilənmiş Nissan Navara (bəzi bazarlarda Frontier adı ilə tanınır) pikapının şəkillərini çəkməyə müvəffəq olublar.

Fins.az-ın məlumatına görə, pikapın eksteryer dizaynı dəyişdiriləcək, avadanlıq siyahısına isə "premium" opsiyalar əlavə ediləcəkdir. Yenilənmiş Navarra modelinin mühərrik çeşidinə müasir 2,3-litrlik biturbodizel daxil ediləcəkdir. Yenilənmiş Nissan Navara modelinin təqdimatı cari ilin sonuna qədər baş tutmalıdır.