AVTO

22 Oktyabr

Mitsubishi yenilənmiş modelini təqdim edib

Mitsubishi şirkəti yenilənmiş Eclipse Cross modelinin üzərindəki sirr pərdəsini götürüb.

Fins.az xəbər verir ki, 2021-ci model ilinin krossoveri yenilənmiş eksteryerə və avadanlıq siyahısına malik olub, habelə qoşulan hibrid versiyanı əldə edib.

Yenilənmiş Mitsubishi Eclipse Cross modelinin eksteryer tərtibatı firma Dynamic Shield üslubuna uyğun olaraq dəyişdirilsə də, modelin ümumi cizgiləri qorunaraq saxlanılıb