AVTO

08 Oktyabr

BMW-nin Çində  satışları 230.000-i ötüb

Alman avtomobil istehsalçısı BMW-nin üçüncü rüb satışları illik müqayisədə 8,6% artaraq 675,680 ədədə çatıb.

Fins.az xəbər verir ki,BMW İdarə heyəti Üzvü Pieter Nota, bildirib ki, güclü model seriyamız sayəsində üçüncü rübdə koronavirus epidemiyasının qalıcı təsirlərinə baxmayaraq satışlarımızı artırmağı bacardıq.Şirkət, yanvar-sentyabr aylarında avtomobil satışlarının gözlənildiyi kimi yüzdə 12,5 azalaraq 1,64 milyon vasitəyə düşdüyünü, 'koronavirus epidemiyasının qlobal təsirini əks etdirdiyini' açıqlayıb.

BMW-nin satış göstəriciləri üçüncü rübdə bütün bazarlarda yenidən yüksəlib. BMW-nin ən böyük bazarı olan Çindəki satışları, 'ümidverici ikinci rüb' 'dən sonra üçdə birii artaraq 230.612 avtomobilə çatıb.

İlin əvvəlindən bəri BMW getdikcə elektrikli nəqliyyat vasitələrinin inkişafına yönəlib. Keçən ay avtomobil istehsalçısı Almaniyanın Leypsiqdəki fabrikinin batareyalar üçün yeni bir istehsal yeri olacağını elan edib. Keçən həftə ilk elektrikli BMW iX3 modeli Çinin şimal-şərqindəki Shenyangda istehsal xəttindən çıxıb. O bildirib ki, xüsusilə elektrikli avtomobillərdə satışların 50%-lik artımından məmnunuq. Bu, elektromobilli böyük bir böyümə faktoruna çevirir.

Müəllif:Aynur Qəniyeva