AVTO

05 Oktyabr

“Baku Taksi” avtomobillərini Azərbaycan bayrağı ilə bəzədi 

Xalqımız rəşadətli ordumuza öz rəğbətini və hisslərini hər sahədə müxtəlif formalarda bildirir.

Fins.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi​ “Bakı Taksi Xidməti” MMC də öz növbəsində ordumuza dəstək və sərnişinlərdə ruh yüksəkliyi yaratmaq məqsədilə tabeliyindəki​ taksi minik avtomobillərinin üzərinə şanlı Azərbaycan bayrağını yerləşdirib.

Bayrağımızın qüdrəti bizə bu gün də qələbə sevinci yaşatsın ümidi ilə yola çıxan BTX-nin sürücüləri bayrağımızın əks olunduğu avtomobillərini Qarabağ yollarında, çığırlarında sürəcəkləri günün yaxın olduğuna əmindirlər.