Alman Aerokosmik Mərkəzi çox maraqlı və qeyri-adi bir konsepsiyaya imza atıb.
Fins.az xəbər verir ki, tamamilə avtonom olacaq U-Shift vasitəsi avtobusa, yük maşınına və ya mobil nəqliyyat vasitəsinə çevrilə bilər.
O, bu dəyişikliyi üzərinə yerləşdirilmiş kapsula bənzər quruluşu dəyişdirərək edir.
U-Shift Tamamilə avtonom olmasına baxmayaraq bir sürücü tərəfindən uzaqdan idarə olunur. Nəqliyyat vasitəsi tam avtonom vəziyyətə gəldikdən sonra bütün günü sərnişin və yük daşıma qabiliyyətinə malikdir