AVTO

24 Sentyabr

Almaniyada istehsal olunan Nivalar üç dəfə baha SATILACAQ

Almaniyanın Maqdeburq şəhərində yerləşən Partisan Motors şirkəti Voljsk Avtomobil Zavodunun 50 illik yubileyinə həsr edilmiş və məhdud saylı tirajla buraxılacaq Lada 4x4 modelinin istehsalına başlandığını bildirib.

Fins.az xəbər verir ki, hər birinin qiyməti 19.990 avro olan ofrouderlər 50 nüsxəlik tirajla buraxılacaq. Müqayisə üçün, Rusiyada bu məbləğə üç ədəd Lada 4x4 avtomobilini almaq olar.

Yubiley seriyasından olan ofrouder, Avropa bazarında Lada 50th Anniversary Limited Edition adı ilə satılacaq. Bu ofrouderlər xüsusi dizayna malik olan bamperləri, BFGoodrich yolsuzluq şinləri, damdakı reylinqləri, təkər tağlarına və kandarlara quraşdırılan plastik örtüklər ilə seçiləcək.