"SP Global Ratings" agentliyi COVID-19 pandemiyası fonunda bu il qlobal minik avtomobillərinin satışlarının 20% azalacağını proqnozlaşdırır.
Fins.az xəbər verir ki, regionlar üzrə bu ilin II rübündə Çinin avtomobil bazarında artım əlamətləri müşahidə edilməyə başladı, iyul-avqust aylarında Avropa və Şimali Amerikada bir qədər sabitləşmə oldu.
Agentlik 2021-2022-ci illər üçün qlobal avtomobil satışları üzrə proqnozunu müvafiq olaraq 6% artımdan 7% artıma və 8% artımdan 9% artıma qədər yüksəldib. ABŞ-da bu il satışların 20-22% azalacağı, 2021-ci ildə 13-15% artacağı, Avropada isə bu il 20-25% azalma, 2021-ci ildə isə 8-10% artım gözlənilir.
© APA