"Tesla" şirkətinin rəhbəri İlon Maskın pilotsuz elektrik avtomobillərinin qiymətlərinin yaxın 3 ildə enməsi vədinə baxmayaraq, sentyabrın 22-də investorlar şirkətin bazar dəyərini 50 mlrd. ABŞ dolları azaldıb.
Fins.az xəbər verir ki, fond bazarında ticarət əməliyyatlarının başa çatmasından cəmi 2 saat sonra "Tesla"nın bazar kapitallaşması 20 mlrd. dollar azalıb. Bu, İlon Maskın və şirkətin digər nümayəndələrinin "Tesla"nın yeni batareyasını və istehsal strategiyasının təqdimatı ilə bağlı olduğu bildirilir.
Qeyd edilir ki, investorlar təqdimatda Maskdan 10 il ərzində işlək qala biləcək batareya və pilotsuz elektrik avtomobillərin qiymətinin kəskin azaltması istiqamətində yeni strategiyasını gözləyirdi. Ümidləri doğrultmayan təqdimat "Tesla"nın bazar dəyərinin kəskin enməsi ilə nəticələnib.