AVTO

23 Sentyabr

Tesla: Musk, 25.000 dollar dəyərində elektrikli avtomobillər istehsal etməyi planlaşdırır

Teslanın qurucusu Elon Musk, şirkətinin ABŞ-dakı Kaliforniyadakı fabrikində keçirilən Batareya Günü adlı tədbirdə gələcək planlarını investorlara açıqlayıb.
İnvestorlara elektrikli avtomobil şirkəti Tesla-nın önümüzdəki dövrdə batareyalarını necə inkişaf etdirəcəyi izah edilib.

Bu tədbirdə Musk, Teslanın yeni inkişaf etdirdiyi batareyası sayəsində yaxın üç ildə 25.000 dollarlıq bir avtomobil istehsal edəcəyini açıqlanıb.

Musk əvvəllər Tesla-nın böyük ehtimalla heç vaxt 35.000 dollardan aşağı avtomobil istehsal etməyəcəyini söyləmişdi.

Teslanın öz batareyalarının inkişafı sayəsində batareya istehsal xərclərinin azalması sayəsində daha ucuz avtomobil istehsal edə biləcəyini ifadə edən Musk, bu avtomobilin də tam avtomatik olacağını bildirib 

Tədbirdə Tesla-nın akkumulyator dizaynında və batareyanın istehsal gücündə necə texniki yeniliklər etdiyi ətraflı izah edilib.

Lakin tədbirdə bir modelin təqdim edilməməsi və ya Teslanın indiyə qədər qazandığı şeylər barədə ətraflı məlumat verməməsi investorları məyus edib.

Tesla səhmləri təqdimatdan sonra yaxın gələcək üçün ümidverici yeniliklərin tətbiq olunmaması səbəbindən 7% ucuzlaşıb.

Müəllif:Aynur Qəniyeva