AVTO

22 Sentyabr

Ford yeni əmtəə nişanını qeydə alıb - FOTO

Amerika Birləşmiş Ştatlarının Patent və Ticarət Nişanı Bürosu (USPTO) Ford şirkətinin müraciətinə əsasən minik və yolsuzluq avtomobillərini adlandırmaq üçün nəzərdə tutulan Warthog ticarət nişanını qeydə alıb.

Fins.az xəbər verir ki, Ford şirkətinin ərizəsinə əsasən, Warthog ticarət nişanı bu markanın minik və yolsuzluq avtomobilləri, habelə pikaplar üçün istifadə edilə bilər.