AVTO

15 Sentyabr

Maserati elektrik xəttini “İldırım” adlandırıb

Maserati şirkəti, rəsmi olaraq, bütün yeni modellərinin tamamilə elektrik versiyalarına sahib olacağını elan edib.

Fins.az-ın məlumatına görə, Autoblog nəşri bu planın detallarını açıqlayıb. Şirkət özünün elektromobillərini ayrıca ad altında birləşdirməyi planlaşdırır. Folgore (İtalyan dilindən tərcümədə “İldırım”) xəttindən olan bütün elektromobillər üçün üç mühərriki olan güc qurğusu hazırlanıb: mühərriklərin biri ön təkərləri, digəri ikisi isə arxa təkərləri hərəkətə gətirəcəkdir. Ən maraqlısı odur ki, dördsilindrli mühərrik ölçüsündə bir blokda yerləşdirilən iki elektrik mühərriki, mexaniki şəkildə birləşdirilmirlər - bu, dartma vektorunu idarə etməyə imkan verəcəkdir.