AVTO

08 Sentyabr

Ölkələrin pilotsuz avtomobillərə hazırlıq renkinqi açıqlanıb - TOP-10

Beynəlxalq auditor və konsaltinq şirkəti olan KPMG Muxtar Nəqliyyat Vasitələrinə Hazırlıq İndeksi ("The Autonomous Vehicles Readiness Index" – AVRI) üzrə ölkələrin renkinqini hazırlayıb.

Fins.az xəbər verir ki, indeks 30 ölkənin siyasət və qanunvericilik, texnologiya və innovasiya, infrastruktur və istehlakçı tərəfdən bu növ nəqliyyat vasitələrinin necə qəbul olunacağı kimi aspektlər nəzərə alınaraq tərtib olunur. "Muxtar nəqliyyat vasitələri" termini dedikdə, burada şirkət həm nəqliyyat vasitələrində, həm də yol infrastrukturunda istifadə olunan müxtəlif texnologiyaları nəzərdə tutur. Bundan başqa, bura həm də insan müdaxiləsi olmadan idarə olunan nəqliyyat vasitələri də daxildir.

AVRI indeksi üzrə TOP-10 ölkə:

#

Ölkə

İndeks

1

Sinqapur

25,45

2

Niderland

25,22

3

Norveç

24,25

4

ABŞ

23,99

5

Finlandiya

23,58

6

İsveç

23,17

7

Cənubi Koreya

22,71

8

BƏƏ

22,23

9

Böyük Britaniya

21,36

10

Danimarka

21,21

 

© APA