AVTO

04 Sentyabr

Yeni “Volkswagen Polo” modeli artıq Bakıdakı yeni avtosalonda - FOTO

“Azərbaycan Automobiles” QSC – Almaniyanın avtomobil markası “Volkswagen”in Azərbaycanda rəsmi dileri olan yeganə şirkətdir.

“Volkswagen”in Azərbaycandakı rəsmi dileri “Azərbaycan Automobiles” QSC sentyabrın 1-dən etibarən Bakıda yeni “Volkswagen” avtosalonunun açılışını elan edir. Sərgi salonu Babək prospekti 22/69 ünvanında yerləşir.

Xüsusilə qeyd edək ki, bu ünvan müvəqqətidir və tezliklə Bakıdakı “Volkswagen” avtosalonu Babək prospektində, “Bravo” supermarketinin yaxınlığında qurulan tamamilə yeni salona köçürüləcək.

Hələlik isə, bütün “Volkswagen” həvəskarları Bakıda ilk dəfə təqdim olunan tamamilə yeni “Volkswagen Polo” ilə tanış ola biləcəkləri yeni açılan avtomobil salonuna dəvət edilirlər. Sınaq yürüşü qısa zamanda mövcud olacaq.

Qüsursuz nüfuzu və mükəmməl sürücülük performansı sayəsində dünyanı çoxdan fəth etmiş, eləcə də Azərbaycanda həm populyar olan, həm də sevilən “Volkswagen” avtomobilləri haqqında bilmək lazım olan əsas şey – onun əsl alman keyfiyyəti olmasıdır.

Həmçinin, şirkətin Azərbaycandakı yeganə rəsmi “Volkswagen” texniki xidmət mərkəzi də eyni ünvanda yerləşir. Əgər avtomobilinizə verilən zəmanəti dəyərləndirirsinizsə və ya avtomobilinizdə yalnız orijinal ehtiyat hissələrindən istifadə etdiyinizə əmin olmaq istəyirsinizsə, o zaman təqdim olunan ünvana müraciət edin.

“Volkswagen” avtosalonu ilə bağlı sizləri maraqlandıran bütün məlumatları aşağıdakı əlaqə nömrəsindən əldə edə bilərsiniz – *0999