AVTO

01 Sentyabr

Aston Martin uşaq avtomobili istehsal edib - FOTO

Aston Martin şirkəti və uşaq avtomobillərinin istehsalçısı olan Little Car Company şirkəti klassik DB5 modelinin replikasını təqdim ediblər.

Fins.az xəbər verir ki, orijinal modeldən fərqli olaraq, uşaq avtomobili 2:3 nisbətində hazırlanıb və elektrik ötürməsi ilə hərəkət edir. Eyni zamanda, uşaq avtomobilinin qiyməti real avtomobildən heç də fərqlənmir - tərəfdaşlar onu 35 - 45 min funt sterlinq arasında qiymətləndiriblər.