AVTO

28 Avqust

Rusiya Kalaşnikov markalı elektromotosikl istehsal edir

Rusiya istehsalı olan "Kalaşnikov" markalı elektromotosikl "Army-2020" forumunda təqdim edilib.
Fins.az xəbər verir ki, eko versiyalı bu elektromotosikl məhdud sayda - 49 nüsxə ilə istehsal ediləcək.
Motosikl hava ilə soyudulan fırçasız DC mühərriklə təchiz olunub və sürəti 90 km/saata çatır. 130 kq ağırlığında, maksimum gücü 15 kVt (təxminən 20 at gücündə) və maksimum 60 Nm fırlanma anına malikdir. Velosiped enerjisi 4 kVt/saat olan litium-ion batareya, hidravlik aktuatorlu havalandırılan əyləc disklərlə təchiz edilib. 
Qiymət barədə hələ dəqiq rəqəm deyilmir, ancaq mənbələr bunun təxminən 1,5 milyon rubla (340 500 AZN) başa gələcəyini söyləyirlər.