AVTO

27 Avqust

Rolls Royce 7 milyard dollar zərər etdiyini AÇIQLAYIB

Avtomobil mühərrikləri ilə yanaşı təyyarə mühərrikləri istehsal edən Rolls Royce, ilin ilk yarısında 7 milyard dollar zərər elan edib.

Fins.az xəbər verir ki,Rolls Royce, təyyarə mühərriki istehsalını  koronavirus böhranı səbəbiylə dayandırılmasından sonra ilk 6 ayda rekord gəlir itkisi ilə üzləşib və geriləməni dayandırmaq üçün bəzi aktivlərini satmağı planlaşdırır.

Şirkət, aktivlərinin İspaniyanın ITP Aero şirkətinə satılmasından 18 ay ərzində 2 milyard funt qazanmağı planlaşdırdığı bildirilib.

CEO Warren East verdiyi açıqlamada, bu günə qədər 4000 nəfərin işdən çıxarıldığını, daha 9000 nəfər ixtisar edilə biləcəyini deyib.

"Yenidənqurma işləri, o cümlədən mülki aviasiya təşkilatlarınızı yenidən təşkil etmək üçün ciddi dəyişikliklər etdik" deyə qeyd edən East bildirib ki, sərt qərarlar şirkətin dəyərini əhəmiyyətli dərəcədə aşağı salacaq

Rolls Royce səhmləri London Fond Birjasında 7,7% ucuzlaşıb və BST 08: 06-da 6,5% aşağı satılır.

Müəllif:Aynur Qəniyeva