AVTO

21 Avqust

İlon Maskın rəqibi dünyanı heyran qoyub - FOTO

Avtomobil sənayəsində İlon Maska yeni rəqib yaranıb.

Fins.az xəbər verir ki, İlon Maskın rəqibi Trevor Miltonun Nikola kompaniyası artıq bütün dünyaya məşhurlaşır.

Nikola şirkətinin dəyəri hazırda 16 milyard dollardır.

İlon Maskın sahib olduğu Tesla şirkəti CyberTruck adlı maşını ilə maraqları cəlb etmişdi.

İndi isə işlər dəyişməyə doğru gedir. Necə deyərlər rəqabət artır. CyberTruck-a rəqib ola biləcək Nikola Badger adlı elektrikli maşın səhnəyə çıxmış vəziyyətdədir.

Şirkət Nikola Badger modeli üçün yaxşı bir ön sifariş paketi hazırlaya bilərsə, əldə edəcəyi yatırımlar da o qədər sürətli olacaq. Ən yaxşı halda isə, şirkətin 2027 ilinə qədər 14 milyard dollar gəlir əldə etməsi planlanılır.

Nikola Badger elektrikli maşın modelləri i 2021-ci ilin ikinci yarısında təslim ediləcək. Hidrogen ilə işləyənlər isə 2022-ci ilin sonlarına yaxın hazır olacaq.