AVTO

29 İyul

Məşhur filmdə çəkilmiş Ford Mustang satışa çıxarılıb - FOTO

Dubayda fəaliyyət göstərən Al Ain Class Motors şirkəti “60 saniyəyə qaçırmaq” filmi üçün inşa edilmiş Ford Mustang modelini satışa çıxarıb. Nikolas Keyc və Ancelina Colinin baş rolları canlandırdığı blokbasterində iştirak edən kupe 1,3 milyon dirhəmə ( 601 min manat) satılır.

Fins.az xəbər verir ki, Touchstone Pictures studiyası filmdə çəkmək üçün Kaliforniyada yerləşən Cinema Vehicle Services atelyesinə 11 ədəd eyni Ford Mustang modellərini sifariş edib. “Eleanor” alüminiumdan başlığı, Edelbrock Performer  girişi, Magnaflow buraxılışı və MSD alışması olan təkmilləşdirilmiş V8 351 C1 HiPo mühərriki ilə təchiz edilir. Mühərrikin dartma qüvvəsi arxa oxa dəstəyində “Go Baby Go” “sehirli” düyməsi olan Tremec TKO beşpilləli mexaniki qutusu vasitəsi ilə ötürülür