AVTO

28 İyul

Ən çox sevilən avtomobillər - SİYAHI

Amerikanın “JD Power” analitikləri, öz sahibləri tərəfindən ən çox sevilən avtomobillərin adlarını açıqlayıblar.

Fins.az xəbər verir ki, “APEAL” mütəxəssisləri, bir avtomobil həvəskarının maşınına emosional bağlılığını ölçmək üçün, 37 müxtəlif göstəricilərdən istifadə edərək reytinqi tərtib ediblər. 

Onların fikrincə, bu amili başa düşmək, keyfiyyət məsələsi və ya yeni texnologiyaların istifadəsi qədər vacibdir. Reytinq cədvəlində ən yüksək bal həddi 1000-dir. 

Siyahıya 896 balla “Tesla” liderlik edir. Lakin bu, tam qiymətləndirmə deyil. Ona görə ki, İlon Mask analitiklərə ABŞ-ın 15 ştatında müştərilər arasında bu cür sorğuların aparılmasına qadağa qoyub.

Bir az aşağı xal toplayan avtomobil sahiblərinin sevimli modelləri isə bunlardır:

“Porsche” – 881 bal;

“Lincoln” – 876 bal;

“Cadillac” – 874 bal.

Kütləvi seqmentdə siyahıya daxil olan modellər:

“Dodge” – 872 bal.

“RAM” – 871 bal.