AVTO

28 İyul

Audi RS modelinin ön fənərində damalı bayraq təsvir olunacaq - FOTO

Audi A3 ailəsinin yeni nəslinin təqdimatı bu ilin yazında keçirilib. O zaman, ailəsinin tərkibinə daxil olan “mülki” nümayəndələri təqdim edilmişdi. Ancaq casuslar, keçən ildən bəri A3 ailəsinin ən “bərkgedən” üzvü olan RS3 modelinin prototipləri ilə qarşılaşmağa davam edirlər. Bəzi məlumatlara görə, ekstremal Audi RS3 Sportback modelinin təqdimatı yaxın dörd ay ərzində baş tutmalıdır.

Buna baxmayaraq, artıq bəzi məlumatlar sızmağa başlayıb. İspaniyanın Periodis Del Motor nəşri, çox güman ki, marka dilerləri üçün təşkil edilmiş təqdimat zamanı çəkilmiş maraqlı şəkli dərc edib. Şəkildə Audi A3 modelinin fərqli versiyaları üçün əlçatan olan matrisa tipli ön fənərlərin bir neçə tərtibat variantı təsvir edilib. Onların arasında RS3 modelinin ön işıq texnikasının tərtibatı da vardır.