AVTO

28 İyul

Volvo yeni model hazırlayır

Volvo şirkəti kupeşəkilli kuzova malik olan yeni elektromobil üzərində işləyir.

Fins.az xəbər verir ki, belə bir modelin buraxılacağı barədə məlumatı isveç markasının yüksək vəzifəli rəsmisi səsləndirib.

Auto Express nəşrinin bildirdiyinə görə, yeni model haqqında o qədər də geniş məlumat yoxdur. Yeni model 2025-ci ilə qədər bazara çıxacaq elektrik krossoveri olacaqdır. Britaniyalı jurnalistlər əldə etdikləri məlumatdan yaralanaraq yeni elektromobilin renderini də hazırlayıblar. Onların fikrincə, gələcək Volvo kross kupesi buna bənzər dizayna malik olacaqdır. “Elektrikləşdirməyə keçmək, avtomobilin nə olduğunu yenidən düşünməyə imkan verir. Əvvəllər iştirak etmədiyimiz seqmentlərə daxil olmaq üçün tam hazırıq”, - Volvo şirkətinin dizayn üzrə böyük vitse prezidenti Robin Payc bildirib.