AVTO

28 İyul

Bu şəhərcikdə bütün sakinlərə elektromobil paylanılıb

Eksperiment çərçivəsində Fransanın Appi kommunasında bütün ev sahiblərinə “Renault Zoe” elektromobili verilib.

Fins.az xəbər verir ki,  bununla bağlı layihə 3 il davam edəcək.

Məlumata görə, eksperimentin məqsədi elektromobil istifadəçiləri ilə tez-tez təmasda olub onların rəylərini öyrənib, təhlil etmək, maşının konstruksiyası və texnologiyasını optimallaşdırmaqdır.

Şirkət ümid edir ki, bu sınaq elektromobilin ailə üçün əsas nəqliyyat vasitəsi kimi yararsız olduğu barədə əfsanəni dağıdacaq.