AVTO

24 İyul

Bu avtomillər geri çağırılır

“Skoda” və “Volkswagen” avtomobil şirkətinin Rusiyadakı rəsmi nümayəndəliyi, 2472 ədəd “Tiguan”, “Skoda Kodiaq” modellərini geri çağırır.

Fins.az xəbər verir ki, bu 2019 - 2020-ci illərdə istehsal olunan avtomobillərə şamil edilir. Bu barədə “Rosstandart” məlumat yayıb.

Məlumata görə, çağırışa səbəb dizel mühərrikləri olan nəqliyyat vasitələrində yanacaq xəttinə uyğun olmayan şlanq quraşdırıla bilər. Bu da yanacaq xəttində sızmalara və nəticədə yanacağın axmasına səbəb ola bilər.

Servisə düşən avtomobillərin tarixi və saatları yoxlanılacaq. Əgər müəyyən edilmiş tarix və saat uyğun gələrsə, şlanq yenisi ilə əvəzlənəcək.