AVTO

22 İyul

Ford yeddi mühərriki olan avtomobil hazırlayıb

Ford Performance idman bölməsi RTR Vehicles tüninq studiyası ilə birlikdə Mustang Mach-E 1400 elektrik krossoverinin yarış modifikasiyasını təqdim edib.

Fins.az xəbər verir ki, xüsusi versiya drift yarışlarında və NASCAR yarış seriyasında iştirak edə biləcəkdir.

Mustang Mach-E 1400 idman modifikasiyası elektrik krossoverinin mülki variantından ciddi şəkildə fərqlidir. "Bərkgedən" model yeddi elektrik mühərriki ilə təchiz edilmişdir: mühərriklərdən üçü ön və dördü isə arxa yerləşir. Avtomobil, eyni zamanda 56,8 kilovat-saatlıq nikel-maqnezium-kobalt batareyası ilə təchiz edilmişdir. Elektrik güc qurğusunun ümumi hasilatı 1400 at qüvvəsi təşkil edir. Üstəlik, dartma qüvvəsini oxlar arasında çevik şəkildə bölüşdürmək mümkündür. Hətta, krossoveri mono-ötürməli etmək də olar - yəni apırıcı kimi ön və ya arxa təkərləri təyin etmək olar.