AVTO

17 İyul

Yenilənmiş Toyota Camry - FOTO

Toyota şirkəti plan üzrə yenilənmiş Camry modelini təqdim edib.

Fins.az xəbər verir ki, modeldə baş vermiş dəyişikliklər o qədər də geniş deyildir. Zahiri cəhətdən Toyota Camry, demək olar ki, elə də dəyişməyib: ön bamperdəki barmaqlığın yan tərəfləri daha çıxıntılı olub və onun üzərindəki "günəşlik" yoxa çıxıb. Yeni təkər diskləri də təklif edilirlər. Arxa hissədə dəyişiklik ümumiyyətlə olmayıb. Üstəlik, bizə tanış olmayan XS, XSE və TRD "idman" versiyaları daha aqressiv ön hissəni əldə ediblər.