AVTO

16 İyul

Mercedes-AMG GT Black Series təqdim edilib

Mercedes-AMG bölməsi rəsmi olaraq GT superkarının ekstremal Black Series versiyasını təqdim edib.

“Qara Seriya”dan olan kupe AMG markasının tarixindəki ən güclü biturbomühərrikə, aerodinamik elementlərə, adaptiv amortizatorları olan asqıya, həmçinin təkərlərin quraşdırma bucağını tənzimləmək imkanına malik olub.

Mercedes-AMG GT Black Series kupesindəki əsas yenilik M178 LS indeksinə sahib olan təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbomühərrikidir. Turbomühərrik yastı dirsəkli val və Hot-V sxeminə əsasən quraşdırılmış iki turbokompressor ilə təchiz olunmuşdur. Turbokompressorlar böyüdülmüş qanadcıqlıqlar ilə təchiz edirlər və bunun sayəsində hər saatda 1100 kiloqrama qədər hava üfürmək imkanına malik olublar. Təkmilləşdirilmiş mühərrik 730 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir.