AVTO

14 İyul

Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi ilə çalışan ilk elektromobil təqdim olunub

Xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti Çinin BYD adlı avtomobil istehsalçısı ilə birlikdə HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan ilk elektromobili təqdim edib. Qeyd etmək lazımdır ki, bu həmçinin Google Android Auto və Apple CarPlay platformalarının daha təkmilləşdirilmiş versiyası olan Huawei HiCar-ı əldə etmiş ilk avtomobildir. Bu barədə Gizmochina saytı xəbər verib. Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan ilk elektromobil modeli BYD Han olub.

(c)Technote