AVTO

06 İyul

Taksi sürücüləri çətin durumda - Fərqlənmə var, amma cərimə yazılır

Xəbər verdiyimiz kimi, iyulun 5-dən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Nazirlər Kabinetinin qərarına əsasən fəaliyyətinə icazə verilən sahələr siyahısında taksi xidmətləri də yer alsa da, bu sahədə çalışan, xüsusilə də, şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan sürücülərin 4 iyul tarixində yenidən təsdiqlənmiş icazələri ləğv olunub.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu sahədə çalışan vətəndaşlar da adlarınının “icazə.e-gov.az” portalında olub-olmamasını yoxladıqdan sonra fəaliyyət göstərə bilərlər: “Polis cəzanı yalnız müvafiq icazəsi olmadan evdən çıxmış şəxslərə tətbiq edir. Taksilərin neçəsinin sayının məhdudlaşdırılıb, neçəsinə icazə verildiyini deyə bilmərəm. Taksi sürücüləri də eyni qaydada icazələrinin olub-olmamasını yoxlasınlar, ondan sonra fəaliyyət göstərsinlər”.