AVTO

23 İyun

Gürcüstandan Azərbaycana bu il 95 mln. dollar dəyərində avtomobillər ixrac olunub

Bu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana 94 575,6 min ABŞ dolları dəyərində avtomobil ixrac olunub.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 18 060,2 min dollar və ya 23,6% çoxdur. 2019-cu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana avtomobil ixracının ümumi dəyəri 76 515,4 min dollar təşkil edib.