AVTO

22 İyun

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Cari ilin yanvar-may aylarında ölkədə 672 və ya ötən ilin müvafiq dövrünə nisbətən 248 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 5 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 127,7 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 8,2 faiz azalıb.