AVTO

09 İyun

Avtomobil sənayesi çöküb

Koronavirus pandemiyası ilə əlaqədar dünyada avtomobil satışı bazarı demək olar ki, hərəkətsiz hala gəlib.

Fins.az xəbər verir ki, bu ilin aprelində ötən ilin eyni ayı ilə müqayisədə Aİ ölkələrində 271 min yeni istehsal olunmuş avtomobil satılıb. Bu isə 76 faiz azalma deməkdir.

Bu azalma təşkilatın satılan avtomobillərlə bağlı apardığı statistikada indiyədək qeydə alınmış ən aşağı aylıq göstəricidir. Buna səbəb kimi pandemiya ilə əlaqədar sənaye istehsalının dayanması və satış mərkəzlərinin bağlanması göstərilib.

Avropada yeni istehsal olunmuş avtomobillərin satışında ən ciddi geriləmə İtaliya və İspaniyada (hər ikisində 97 faiz azalma) qeydə alınıb. Fransada dövlət qeydiyyatına alınan yeni avtomobillərin sayı ötən illə müqayisədə 88,8 faiz, Almaniyada isə 61 faiz azalıb. Artıq Aİ-yə üzv olmayan Böyük Britaniyada da ciddi geriləmə müşahidə olunub (97 faiz).

Hesabatda, həmçinin qeyd edilib ki, bu ilin əvvəlindən Aİ-də avtomobil bazarında ümumi, yəni yeni və işlənmiş avtomobillərə tələbat 40 faiz azalaraq 2,75 milyona düşüb.

Avropada ən çox satılan elektrik avtomobilləri Tesla Model 3 (2,278 ədəd), Renault ZOE (2112 ədəd), Volkswagen e-Golf (1,634 ədəd) və Audi e-tron (1.289 ədəd) modelləri olub. Ümumiyyətlə, Avropanın ən populyar 10 avtomobili belə sıralanır:

JATO Dynamics agentliyinin məlumatına görə, 2020-ci ilin aprel ayında Avropada yeni avtomobillərin satışları 78% azalaraq, 292.600 ədəd təşkil edib.

Bu, ötən əsrin 70-ci illərindən bəri əldə edilən ən pis nəticədir. Səbəb məlumdur: koronavirus ucbatından avtomobillərin istehsalının və avtosalonların fəaliyyətinin dayandırılması, həmçinin eyni səbəbdən əhalinin aktivliyinin azalması. Eyni zamanda, hibridlər, təkrar doldurulan hibridlər və elektromobillər də daxil olmaqla elektrikləşdirilmiş avtomobillərin satışı 46% azalıb. Beləliklə, elektrikləşdirilmiş modellərin payı 17% qədər artıb ki, keçən ilin müvafiq dövründə bu göstərici 7% təşkil edirdi.

Ən təəccüblüsü odur ki, təkrar doldurulan hibridlərin satışları bir qədər artım göstərib, adi hibridlər isə əksinə, satışların sürətlə azalması ilə qarşılaşıblar.

-          Elektrikli avtomobillər: 16,700 (-29%)

-          Doldurula bilən hibridlər: 14,000 (+ 7%)

-          Adi hibridlər: 18,900 (-66%)

-         Bütün doldurulan avtomobillər (elektrokar və PHEV): 30,700 (- 16%)

-         Bütün elektrikləşdirilmiş avtomobillər (-46%); Avropanın 27 bazarında 50.400

Tuncay Türbəndəzadə