AVTO

05 İyun

BMW M4 kupesinin casus şəkli peyda olub

BMW mətbuat xidmətinin 4 Series kupesi barədə dərc etdiyi mətbuat açıqlamasının mürəkkəbi qurumamış, bu ailənin flaqmanı olacaq "bərkgedən" M4 kupesinin casus şəkli peyda olub.

Bimmer Post saytı tərəfindən yayınlamış şəkildə avtomobilin ön hissəsi təsvir edilibdir. Çox güman ki, bu şəkil M bölməsinin meydançalarının birində çəkilib. Dərc edilmiş şəkildə də göründüyü kimi, M4 modelinin nəhəng "burunu" bir qədər başqa tərtibata malikdir. Adi kupedən fərqli olaraq, M4 modelinin radiator barmaqlığı üfüqi zolaqlarla təchiz olunmuş və haşiyədən məhrum edilmişdir.

Bununla yanaşı, "bərkgedən" kupenin ön bamperi də başqa dizayna malikdir - bamperin yan tərəflərindəki əyləc mexanizmlərinin soyudulmasına xidmət edən şaquli kəsikləri olan havalandırma dəliklərini görmək olar.